Kabildə film kimi ƏMƏLİYYAT: Sabiq nazir İstanbula necə gətirıldi? - FOTO

Hazırda oxunan: Kabildə film kimi ƏMƏLİYYAT: Sabiq nazir İstanbula necə gətirıldi? - FOTO

0:00
0:00
33081

“Bazar günü Kabildə situasiya gərginləşəndə Əfqanıstanın keçmiş Xarici İşlər Naziri Rangin Dadfar sağ qalmaq və ölkəni tərk etmək üçün Spanta hava limanına gəlir və Dohaya uçmağa hazırlaşan təyyarəyə oturur. Ancaq Taliblər təyyarənin qalxmasına icazə vermirlər”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Türkiyə mətbuatında yer alıb.

Mənbə yazır ki, əfqan nazir belə olan halda keçmiş dostu, Türkiyənin 2006-2008-ci illərdə Xarici İşlər Naziri olmuş Hikmət Çətinə zəng edir və ondan yardım istəyir.
 

Hikmət Çətin dərhal Müdafiə Naziri Hulusi Akarla əlaqə saxlayır və bundan sonra Əfqan nazirin Əfqanıstandan çıxarılması üçün prosess başlayır. 


Türkiyə və Azərbaycanlı sülhməramlıların gərgin səyi nəticəsində ilk öncə o, mülkü hava limanından hərbi aerodroma evakuasiya edilir və burdan Türkiyə Hava Yollarına məxsus təyyarə ilə İstanbula yola salınır. 

Hal-hazırda onun İstanbulda olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin