Türkiyə hazırda Əfqanıstanda taliblərin mesajlarına müsbət yanaşır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadən yayıb.
“Biz Əfqanıstanın iqtisadi inkişafını, həmçinin bu ölkədə sülh və sabitliyi dəstəkləyirik. Hazırda taliblərin səsləndirdiyi mesajlara müsbət yanaşırıq. “Taliban” hərəkatı da daxil olmaqla, bütün tərəflərlə dialoqu saxlayırıq”, - deyə Mövlud Çavuşoğlu bildirib.
O, avqustun 15-də bəyan etmişdi ki, Türkiyə Əfqanıstandakı diplomatik missiyası ilə bağlı lazımi tədbirlərin görür və Kabildəki səfirlik öz fəaliyyətini davam etdirəcək.
Amerika və müttəfiq qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra hücum əməliyyatlarını genişləndirən “Taliban” hərəkatı avqustun ortalarında bütün iri şəhərlərə və sərhəd-buraxılış məntəqələrinə nəzarəti ələ keçirib.
Avqustun 15-də taliblər paytaxt Kabilə döyüşsüz daxil olub və prezident sarayını nəzarətə götürüb. Prezident Əşrəf Qani qan tökülməməsi üçün istefa verərək ölkəni tərk edib.
Qərb ölkələri öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Əfqanıstandan təxliyə edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:14 / 17.08.2021
Mövlud Çavuşoğludan “Taliban”a CAVAB
Hazırda oxunan: Mövlud Çavuşoğludan “Taliban”a CAVAB
Hazırda oxunan: Mövlud Çavuşoğludan “Taliban”a CAVAB
0:00
0:00
33065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.