Bəşər Əsəd ABŞ-ı hədələyib: "Bütün müdaxilələrə cavab veriləcək"

Hazırda oxunan: Bəşər Əsəd ABŞ-ı hədələyib: "Bütün müdaxilələrə cavab veriləcək"

33033

ABŞ-ın dövlət katibi Con Kerri Barak Obamanın Suriyaya hərbi müdaxilə edilməsi ilə bağlı Konqresə göndərdiyi layihənin dəstəklənəcəyinə əmin olduğunu bildirib: “Konqresin düzgün qərar verəcəyinə əminəm”.


Moderator.az-ın xəbərinə görə, C. Kerri aparılan araşdırmalar nəticəsində Suriyada kimyəvi silahdan istifadə edildiyinin təsdiqləndiyini bildirib: “Qazdan istifadə olunması ilə bağlı əlimizdə sübutlar var”.


Suriya prezidenti Bəşər Əsəd isə dövlət televiziyası ilə çıxış edib və ölkəsinin bütün müdaxilələrə cavab verəcəyini deyib: “ABŞ-ın təhdidi Suriyanın prinsiplərini dəyişdirməsinə və terrorçuluğa qarşı mübarizəni dayandırmasına səbəb olmayacaq”. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin