Dünya mətbuatlnda Monika Belluççinin 17 il ailə həyatından sonra Bensan Kasseldən ayrılmasının səbəbi azərbaycanlı milyarder Telman İsmayılovla əlaqələndirilir. Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, milyarderin oğlu Sərxan İsmayılov bu xəbərlərin yayılmasına sakit reaksiya verib."Deyilənlər həqiqətə uyğun deyil", -deyə o bildirib. Sərxan atasının bu xəbəri eşidəndə çox güldüyünü deyib.
Qeyd edək ki, AST Şirkətlər qrupunu sahibi Telman İsmayılov Monika Belluççi ilə yanaşı, Şeron Stoun, Marka Entoni, Cenefer Lopes, Şakira və bir çox digər məşhur müğənnilərlə dostluğu ilə məşhurdur. Bu müğənnilər milyarderin şəxsi tədbirlərində müntəzəm iştirak edirlər. Öz şəxsi həyatı haqqında heç bir zaman danışmayan T.İsmayılovun həyat yoldaşının şəxsi saytında yazılanlar onun sadiq bir həyat yoldaşı olduğunu, məşhur adamlarla dostluq isə sadəcə olaraq, bir xobbi olduğu anlaşılır.





























































































