“ABŞ əsgəri Əfqanıstanın paytaxtında, Kabil hava limanında güllə yarası alıb”.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ hərbçiləri Kabil hava limanında havaya atəş açdı – AFP agentliyi
Daha əvvəl “The Wall Street Journal” ABŞ əsgərlərinin insanların təxliyə edildiyi Kabil aeroportunda onlara yaxınlaşan iki silahlı şəxsi güllələyərək öldürdüyünü yazmışdı.
Qeyd edək ki, “Taliban” 15 avqustda Kabilə daxil olub və bir neçə saat ərzində Əfqanıstanın paytaxtında da nəzarəti ələ keçirib.
Bizim.Media