Dəhşət: 6 yaşlı uşağın gözünü çıxarıb, bəbəyini satdılar

Hazırda oxunan: Dəhşət: 6 yaşlı uşağın gözünü çıxarıb, bəbəyini satdılar

32846

Çində dəhşətli cinayət baş verib. Moderator.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Çinin Şanxay əyalətində 6 yaşlı uşağı qaçıraraq, gözlərini oyublar.

Belə ki, 6 yaşlı uşaq evlərinin həyətində təkcə oynayarkən onu 2 kişi və bir qadın qaçırıb. Uşağın valideynləri onu 4 saata yaxın axtarıblar. Valideynlər uşağın tapılmadığını görüb, bu barədə polisə müraciət ediblər. Polisin axtarışları nəticəsində onu yaşadığı evə yaxın bir yerdə huşsuz vəziyyətdə tapıblar. Uşağın üzü tamamilə qan içində olub. Uşağa diqqətlə baxdıqda isə onun gözlərinin çıxarıldığı məlum olub. Axtarışlar nəticəsində 6 yaşlı uşağın gözləri yaxınlıqda tapılıb. Lakin gözdəki əsas görmə mexanizmi olan bəbəklər çıxarılmış olub. Ehtimal olunur ki, quldurlar uşağın göz bəbəklərini başqa insana köçürtmək üçün satıblar.

Hazırda uşağı bu hala salanlar axtarılır. Polis cinayəti törədənləri tapan şəxsə 100 min yuan (16 min dollar) mükafat vəd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin