Çavuşoğlu Rusiyaya başsağlığı verdi - FOTO

Hazırda oxunan: Çavuşoğlu Rusiyaya başsağlığı verdi - FOTO

32704

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, Mövlud Çavuşoğlu bu barədə "Twitter"də paylaşım edib. 

"Kahramanmaraşda yanğının qarşısının alınması zamanı baş verən faciəli təyyarə qəzasında türk və rus ekipajının itkisi xəbərinə dərindən kədərləndim. Millətimizin başı sağ olsun, Rusiya xalqına da başsağlığı veririk. Onların qəhrəman fədakarlıqları unudulmayacaq", - Türkiyə XİN başçısı bildirib. 

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın "Be-200" təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.

Təyyarənin göyərtəsində səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin