ABŞ-dan İrana qarşı yeni SANKSİYALAR

Hazırda oxunan: ABŞ-dan İrana qarşı yeni SANKSİYALAR

0:00
0:00
32651

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq edildiyi barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, neft qaçaqmalçılığında ittiham olunan bir hüquqi şəxs, 4 şirkət və bir neft daşıyan tankerə qarşı sanksiyalar tətbiq olunub.

Qeyd edək ki, adı sanksiyalar siyahısına düşən hüquqi şəxs Oman vətəndaşı Mahmud Rəşid əl-Hasib və onun rəhbərlik etdiyi şirkətlərdir. Neft daşıyan tanker də bu şirkətlərdən birinə məxsusdur.

Şirkətlər, eyni zamanda, İran İslam İnqilabının Keşikçiləri Korpusu ilə əlaqədar fəaliyyət göstərməkdə ittiham olunurlar. 

Qeyd olunur ki, şirkətlər İran neftini qaçaqmalçılıq yolu ilə dünya bazarına çıxarırlar. ABŞ bu dəfə də şirkətlərin qanunsuz fəaliyyəti haqqında heç bir sübut təqdim etməyib.

Dövlət katibi Entoni Blinken tviter hesabında yazıb ki, ABŞ beynəlxalq miqyasda neft qaçaqmalçılığı ilə məşğul olanlara qarşı mübarizəni davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin