2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 720 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 174 obyekt çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı yayıb.
Mənbə bildirir ki, 2021-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 127 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2020-cu ilin iyunundan 12 obyekt çoxdur.
2021-ci ilin iyul ayında Türkiyədə 107 785 əmlak satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 53 faiz azdır.
İyul ayında Türkiyədə 4 495 əmlak əcnəbilərə satılıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 64 faiz çoxdur. (trend)
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:40 / 14.08.2021
Türkiyədə bu il azərbaycanlılar neçə ev alıb?
Hazırda oxunan: Türkiyədə bu il azərbaycanlılar neçə ev alıb?
Hazırda oxunan: Türkiyədə bu il azərbaycanlılar neçə ev alıb?
32630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.