Litva prezidentindən Ərdoğana VACİB ZƏNG – NƏYİ XAHİŞ ETDİ?

Hazırda oxunan: Litva prezidentindən Ərdoğana VACİB ZƏNG – NƏYİ XAHİŞ ETDİ?

32505

Litva Prezidenti Gitanas Nayseda Türkiyə və İraq prezidentləri Rəcəb Tayyib Ərdoğan Barham Saleh ilə telefon əlaqəsi quraraq Belarusla sərhəddə qeyri-qanuni miqrasiya axınının qarşısını almaqla bağlı diskussiya aparıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İnterfaks agentliyi Litva liderinin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə yazır ki, iraqlı həmkarı ilə söhbət əsnasında Nayseda Litva-Belarus sərhədini keçənlərin əksəriyyətinin İraqdan olduğunu və Belarusun bu insanlardan siyasi manipulyasiya aləti kimi istifadə etdiyini vurğulayıb.

Prezident Salehə deyib ki, İraq vətəndaşlarının Litvadan geri qaytarılması prosesini sürətləndirməlidir.

Litva Prezident Administrasiyasından verilən məlumata görə, Türkiyə Prezidenti ilə söhbət əsnasında Nayseda vurğulayıb ki, Belarus Litva ilə sərhəddə miqrant axınından bütün Avropa Birliyinə qarşı geosiyasi silah kimi istifadə edir.

O, Prezident Ərdoğandan xahiş edib ki, bölgədəki nüfuzundan istifadə edərək digər ölkələrə desin ki, Avropa Birliyinə qanunsuz yolla getmək vədlərinə inanmasınlar və kriminal strukturların təşkil etdiyi miqrasiya sxemlərində iştirak etməsinlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin