Şirkət brendini 2,1 milyard avroya SATIR 

Hazırda oxunan: Şirkət brendini 2,1 milyard avroya SATIR 

32495

Almaniyanın "Adidas AG" şirkəti "Reebok" brendini ABŞ-ın "Authentic Brands Group" şirkətinə 2,1 mlrd. avroya satır.

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir. 

"Adidas" məbləğin əsas hissəsini sövdələşmə başlandıqdan sonra alacaq, qalan ödənişlər isə müəyyən şərtlərin yerinə yetirilməsinə bağlıdır. Tərəflər müqaviləni 2022-ci ilin birinci rübündə tamamlamağı planlaşdırırlar. Almaniya şirkəti "Reebok" brendinin satışından əldə edilən gəlirin böyük hissəsini səhmdarların təşviqinə istifadə etməyi planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin