“Rusiya Baltiki zəbt etmək istəsə, 60 saaat kifayətdir” - ŞƏRH 

Hazırda oxunan: “Rusiya Baltiki zəbt etmək istəsə, 60 saaat kifayətdir” - ŞƏRH 

32472

Rusiya qoşunları Baltik respublikalarına hücum edib onları zəbt etmək istəsə, bunun üçün cəmi 36-60 saat lazım olacaq. Və NATO Rusiyanın hücumunun qarşısını almaq üçün taktiki nüvə silahı tətbiq etsə belə Moskvanın ildırımsürətli irəliləyişini əngəlləyə bilməyəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda ABŞ-ın "The National İnterest" jurnalının ekspertləri fikir yürüdüblər. 

Onlar qeyd edirlər ki, Rusiya qoşunları yayğın şəkildə və sürətli hücum həyata keçirə bilər. Belə olan halda NATO məhdud nüvə zərbələrini qoşunların cəmləşmə rayonlarına deyil, mülki əhaliyə endirməli olacaq. 
 
Məqalədə müəlliflər ABŞ-ın "RAND Corporation" təşkilatının Pentaqonla birlikdə 2019-cu ildə apardıqları araşdırmanın nəticələrinə də istinad edirlər.

Həmin araşdırmada belə nəticəyə gəlinmişdi ki, Rusiya Baltik ölkələrini NATO köməyə yetişənə qədər cəmi 3 sutka ərzində zəbt edə bilər. 

Ekspertlər hesab edirlər ki, NATO Litva ilə sərhəddə yerləşdirilən Rusiya hava hücumundan müdafiə qüvvələrinə qarşı taktiki nüvə zərbələrindən istifadə etsə Moskva daha sərt cavab verə və alyansın Avropadakı əsas bazalarına nüvə zərbələri endirə bilər. Bu baxımdan NATO Baltik ölkələrini qorumaq üçün ancaq adi silahlara ümid etməlidir. 

Hərçənd aydın deyil ki, nəyə görə "The National İnterest" dərgisinin müəllifləri "RAND Corporation" tərəfindən iki il əvvəl aparılan analizin nəticələrini indi gündəmə gətirirlər.

Rusiyanın Baltik ölkələrini işğal etmək təhlükəsi vaxtaşırı olaraq Qərb dairələrində müzakirə olunur, Rusiyada isə bunu "fantaziya" adlandırırlar.  Lakin bu faktdır ki, Rusiya son illər Baltik regionu ətrafında qüvvələrini durmadan artırır (virtualaz.org).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin