Ermənistanda İspaniya vətəndaşını həbs etdilər – SƏBƏB

Hazırda oxunan: Ermənistanda İspaniya vətəndaşını həbs etdilər – SƏBƏB

32466

Ermənistanın Armavir Rayon Məhkəməsi ölkənin İstintaq Komitəsinin İspaniya vətəndaşı Arman M. barəsində həbs qəti imkan tədbiri ilə bağlı vəsatətini təmin edib.

Bu barədə Bizim.Media "Shamshyan.com"a istinadən xəbər verir.

Qeyd edilir ki, 35 yaşlı kişi məhkəmənin qərarı ilə 2 ay müddətinə azadlıqdan məhrum olunub. İspaniya vətəndaşının həbsi avqustun 8-də baş vermiş qanlı hadisə ilə bağlıdır.

Qeyd edilir ki, o, həmin gün baş verən qarşıdurma zamanı qoca kişini qətlə yetirib, habelə daha 2 nəfərə bıçaqla xəsarətlər yetirib. Yaralılar “Vaqarşapat” tibb mərkəzinə çatdırılıblar. Polis həmin şəxslərin 72 yaşlı Şoxakat Qriqoryan və 64 yaşlı Sarkis Minasyan olduğunu müəyyənləşdirib. Hadisəni törətməkdə şübhəli bilinən Arman M. saxlanılıb.

Məlumata görə o, İspaniya vətəndaşıdır və bu yaxınlarda Ermənistana qayıdıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin