Mahmudəli Çöhrəqanlı Azərbaycana vizasız gəlir

Hazırda oxunan: Mahmudəli Çöhrəqanlı Azərbaycana vizasız gəlir

32124
Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Şurasının (MŞ) sədri, Güney Azərbaycan Milli Oyaniş Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı bu gecə Bakıya gəlir. Bu haqda Turan-a məlumatlı mənbələrdən bəlli olub.
M.Çöhrəqanlının Bakıya gəlişi problemlə üzləşə bilər. ABŞ-da mühacir həyatı yaşayan M.Çöhrəqanlı Azərbaycana gəlməkdən ötrü viza almaq üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edib. Bir həftəlik gözləntidən sonra Azərbaycan səfirliyi M.Çöhrəqanlıya viza verməyıb. Səfirlik tanınmış hərəkat rəhbərinə vizanı Bakı hava limanında almağı tövsiyə edib. 

DAK sədri Sabir Rüstəmxanlı Turan-ın müxbiri ilə söhbətində bildirib ki, xoşagəlməz durumun yaranmaması üçün yüksək vəzifəli məmurlarla danışıqlar aparır. 

2006-cı ildə doktor Çöhrəqanlı İranın təzyiqlərilə əvvəlcə Türkiyəyə gələrkən oradan deportasiya edilib. Türkiyədən Azərbaycana gələn hərəkat lideri elə həmin gün ölkədən deportasiya olunub. 2012-ci ildə Türkiyə tərəfi M.Çöhrəqanlını tədbirdə iştirak üçün ölkəyə buraxmayıb. 

DAK rəhbərliyi 2006-cı il hadisələrinin yenidən təkrarlana bilməsindən ehtiyat etdiyini nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin