İngiltərənin Rinqvood kəndində tənha həyat yaşayan 56 yaşlı Canet Veal adlı bir qadın evində bəslədiyi pişiklərin yeminə cevrilib. Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşular qadını uzun müddət ortalıqda görünməməsi barədə polisə məlumat veriblər.
Məlumat əsasında polislər qadının yaşadığı evə
gələrək içəri daxil olublar. Bu zaman polislər C.Vealnın pişiklər tərəfindən
parçalanmış cəsədini mətbəxdə tapıblar.
Hadisə yerinə dərhal ekspertlər dəvət olunub.
Tibbi ekspertizanın rəyinə görə, C.Veala bir neçə ay öncə evində infarktdan
keçinib, cəsəd isə evdə ac qalan pişiklər tərəfindən parçalanıb.































































































