2 min yaşı olan içi dolu MEYVƏ SƏBƏTİ tapıldı – FOTO

Hazırda oxunan: 2 min yaşı olan içi dolu MEYVƏ SƏBƏTİ tapıldı – FOTO

32001

Misirin qədim sualtı şəhərində 2 mindən çox yaşı olan meyvəli zənbil aşkarlanıb. 

Bizim.Media xarici saytlara istinadən xəbər verir ki, arxeoloqlar eradan əvvəl 4-cü əsrə aid tapıntılarla rastlaşıblar. Tarixi tapıntılar arasında meyvə saxlanılan zənbil və yunan keramikası da var.

Tonis-Heraklion uzun əsrlər boyu Misirin Aralıq dənizindəki ən böyük liman şəhəri olub. Ta ki, e.ə 331-ci ildə Makedoniyalı İsgəndər İsgəndəriyyə portunun əsasını qoyanacan.

Avropanın sualtı arxeologiya institutunun tədqiqatçıları tərəfindən tapılan qədim əşyalar arasında ən maraqlısı zənbildəki meyvələrin hələ də qorunub qalması olub. Ehtimala görə meyvələrin 2 min il ərzində çürüməməsinə səbəb yeraltı otaqda saxlanılmasıdır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin