Bill Qeytsdən bəd xəbər

Hazırda oxunan: Bill Qeytsdən bəd xəbər

3191

Microsoft qurucusu yaxın 6-8 ayda koronovirusdan yaxanızı qurtara bilməyəcəksiniz deyib.

Bill Qeyts fikrini onunla əsaslandırıb ki, havaların soyuması və vaksinlərlə bağlı konkret qərarın hələ də verilə bilməməsi onu bu cür düşünməyə vadar edir.

Bizim.Media xəbər verir ki, Bil Qeyts Daily Beast nəşrinə müsahibəsində bildirib ki, koronavirus soyuqda sürətlə artmaq imkanına malikdir, ona görə də insanlar daha çox özləri öz qayğılarına qalmalıdır.

Bu qışdan salamat çıxmaq istəyən hər kəs, sosial məsafəni qorumalı, maska taxmalı və basırıq yerlərdən uzaq durmalıdır:

“Hətta mən təklif edərdim ki, 6-8 ay dostlarınızdan uzaqlaşın, məsafədən işləməyə üstünlük verin. Onsuz da dünyada çox şeylər mənasını itirəcək, buna hazır olun”

Bill Qeyts ABŞ-n bu vaksini tezliklə əldə edəcəyinə də şübhə ilə yanaşıb. Amma 2021-ci ilin ortalarına nəsə gözləmək olar, deyib.

COVİD-19-la bağlı vəziyyətin gələn ilin ortalarından sonra düzlməyə doğru gedəcəyini təxmin etdiyini bildirib:

“O da ancaq ölüm hallarının aşağı düşməsi ilə bağlı ola bilər, virus hələ uzun müddət bizimlədir”.

Xatırladaq ki, koronavirusun ilk yoluxma hadisəsindən sonra Bil Qeytsin bu virusun yaradılmasında əli olduğu haqda konispiroloji nəzəriyyələr irəli sürülmüşdü.

Sosial şəbəkədə populyar olan versiyaya görə koronavirus Pirbrayt İnstitutu tərəfindən patentləşdirilib.

Bu haqda dünyanın bir çox məşhurları, alimləri, hətta dövlət başçıları da bəyanatlar veriblər. Hətta ABŞ prezidenti D.Tramp Bill Qeyts fondunun pandemiyanın geniş yayılmasında və davam etməsində maraqlı olduğunu bildirmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin