“Belarus heç vaxt Rusiya ilə ən yaxın ittifaqın əleyhinə olmayıb, lakin hər bir birliyin əsasını eyni şərtlər və bərabərlik təşkil edir. Biz heç vaxt ən yaxın ittifaqın əleyhinə deyildik, amma bizi həmişə uzaq məsafədə saxlayırdılar”.
Bizim.Media xəbər verir ki, bunu dövlət başçısı Aleksandr Lukaşenko “Prezidentlə böyük söhbət” layihəsi çərçivəsində jurnalistlər, ictimaiyyət nümayəndələri və ekspertlərlə görüşü zamanı deyib.
O qeyd edib ki, iki ölkənin sadə vətəndaşları üçün bərabərlik əsasən təmin olunur.
"Təbii qaz qiymətləriniz Belarusdan iki-üç dəfə aşağıdırsa, necə inteqrasiya edə və addımlar ata bilərsiniz. İstənilən inteqrasiya dövlət suverenliyini itirmədən baş verməlidir”. BelTA agentliyi prezidentin dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, keçən il baş verən hadisələr çox şeyi göstərdi və Belarusla Rusiyanı daha fəal əməkdaşlığa sövq etdi:
"Buna bədbəxtlik kömək etdi. Biz - Belarus və Rusiya tək qaldıq. Çünki hər zaman olduğu kimi, Belarusun əli ilə Rusiyanın qəlbinə zərbə vuruldu!”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:44 / 09.08.2021
Lukaşenko: “Rusiya həmişə bizi uzaq məsafədə saxlayıb”
Hazırda oxunan: Lukaşenko: “Rusiya həmişə bizi uzaq məsafədə saxlayıb”
Hazırda oxunan: Lukaşenko: “Rusiya həmişə bizi uzaq məsafədə saxlayıb”
31883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.