İranda dondurmaya çəkilən "erotik" reklam qalmaqala səbəb oldu - FOTO

Hazırda oxunan: İranda dondurmaya çəkilən "erotik" reklam qalmaqala səbəb oldu - FOTO

31878

İranda "Domino" adlı dondurma (bəstəni) şirkətinin çəkib İnstagramda yerləşdirdiyi reklam videosu qalmaqala yol açıb. 

Bizim.Media "Azad İran" Telegram kanalına istinadla xəbər verir ki, “Fars" xəbər agentliyi həmin gün videoda dondurmanı yeyərək reklam edən xanımın rəftarlarını "erotik" və "seksual" adlandırıb və şirkətin rəsmi qaydada üzr istəməsini tələb edib.  

"Məşreq" saytı isə İranın Mədəniyyət Vəzirliyinin rəsmilərinin birinə istinadən videonun "xüsusi icazə" əldə edilmədən çəkilib “İnstagram”da paylaşıldığını bildirərək, şirkətə qarşı hüquqi tədbirlərin görüləcəyini bildirib.  

Nəticədə şirkət sözügedən videonu sosial media hesabından silməli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin