Toydan sonra faciə

Hazırda oxunan: Toydan sonra faciə

31875

İranın Xuzistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Moderator.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, hadisə avqustun 11-də axşam saatlarında Dezful rayonunun Səngər kəndində olub.

İranda kəndlərlə rayonlar arasında sərnişin daşımasında istifadə edilən kiçik yük avtomobili kanala düşüb. Nəticədə toy mərasimindən qayıdan 13-dən 12-si boğularaq ölüb. Onların əksəriyyəti qadın və uşaqlar olub. Sərnişinlərdən yalnız bir qız üzməyi bacardığına görə xilas ola bilib. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Qeyd edək ki, bu, son iki həftə içərisində İranın Xuzistan vilayətində baş vermiş ikinci belə hadisədir. İyulun 31-də Fehdaz şəhəri yaxınlığında mikroavtobusun Karun çayına düşməsi nəticəsində də 12 nəfər boğularaq ölmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin