İranın
Xuzistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Moderator.az-ın
APA-ya istinadən verdiyi məlumata görə, hadisə avqustun 11-də axşam
saatlarında Dezful rayonunun Səngər kəndində olub.
İranda kəndlərlə
rayonlar arasında sərnişin daşımasında istifadə edilən kiçik yük avtomobili
kanala düşüb. Nəticədə toy mərasimindən qayıdan 13-dən 12-si boğularaq ölüb.
Onların əksəriyyəti qadın və uşaqlar olub. Sərnişinlərdən yalnız bir qız üzməyi
bacardığına görə xilas ola bilib. Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal
edilir.
Qeyd edək ki, bu,
son iki həftə içərisində İranın Xuzistan vilayətində baş vermiş ikinci belə
hadisədir. İyulun 31-də Fehdaz şəhəri yaxınlığında mikroavtobusun Karun çayına
düşməsi nəticəsində də 12 nəfər boğularaq ölmüşdü.
- A-
- A
- A+
Dünya
10:19 / 12.08.2013
Toydan sonra faciə
Hazırda oxunan: Toydan sonra faciə
Hazırda oxunan: Toydan sonra faciə
31875
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































