Bu gün Fransa səfirliyinin qarşısında bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən piket keçirilib.
Bizim.Media xəbər verir ki, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış pankartlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa, ədalətli ol" "Beynəlxalq hüquqa hörmət elə" kimi şüarlar səsləndiriliblər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə heyətinin üzvü Nərgiz Xələf vətəndaş cəmiyyəti adından Fransaya səfirliyinə müraciət üçün gəldiklərini bildirib:
"Fransa senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı məsələyə müzakirəyə çıxarılacaq. Bu, müzakirəyə çıxarılmayacaq bir məsələdir. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır.
Bu barədə BMT-nin müvafiq qətnamələri var. Bu məsələnin Fransa senatı tərəfindən müzakirəyə çıxarılmasına Azərbaycan vətəndaş cəmiyyəti olaraq etiraz edirik. 13 təşkilatın təklifi əsasında müraciət hazırlayaraq bu gün Fransa səfirliyinə təqdim etmək üçün burdayıq. Müraciətin səfirlik vasitəsilə senatlığa ötürülməsinə nail olmaq istəyirik".
O, müraciətdən sonra Fransa senatının bu müzakirədən imtina edəcəyinə ümidli olduğunu vurğulayıb.
Piket Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Milli QHT Forumu, İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi İctimai Birliyi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və digər qeyri-hökumət təşkilatlarının təmsilçiləri tərəfindən təşkil edilib. (APA)
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:10 / 21.11.2020
Fransa səfirliyi qarşısında piket keçirildi - FOTO
Hazırda oxunan: Fransa səfirliyi qarşısında piket keçirildi - FOTO
Hazırda oxunan: Fransa səfirliyi qarşısında piket keçirildi - FOTO
3186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.