Qırğızıstanın sabiq prezidenti Əsgər Akayev Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsində "Kumtor" qızıl mədəni ilə əlaqədar cinayət işi üzrə ifadə verdikdən sonra ölkəni tərk edib.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ə. Akayevin yaxın tərəfdarı Bekbolot Talqarbekov məlumat verib.
O bildirib ki, 16 ildir Moskvada yaşayan Ə. Akayev iyulun 2-də oğlu İlimlə birlikdə Bişkekə gəlib:
MÖVZU İLƏ BAĞLI:
Qırğızıstanın keçmiş prezidenti Bişkekə gətirildi - SƏBƏB
"Ə. Akayev istintaqda ona ünvanlanan bütün suallara cavab verib, bundan sonra ölkəyə ya öz istəyi, ya da istintaqın tələbi ilə gələ bilər. Qırğızıstanda olduğu müddətdə Ə. Akayev Prezident Sadır Japarovla görüşüb, anadan olduğu kəndə, həmçinin Talas vilayətinə səfər edib".
Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilmişdi.
Bizim.Media