Pakistanda 106 yaşlı qadın koronavirusun “Delta” ştamına yoluxduqdan sonra sağalıb.
Bizim.Media “ARY News” telekanalına istinadla xəbər verir ki, Hasin Bibi adlı qadın Kəraçi şəhərinin xəstəxanalarından birində müalicə alırdı.
Koronavirusun “Delta” ştamı iyulun birinci yarısında Avropanın əksər ölkələrində dominantlıq edib. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının hələ sonunun gəlmədiyi barədə proqnoz verib.
Qeyd edək ki, COVID-19 infeksiyasının B.1.617 variantı ilk dəfə 2020-ci ilin oktyabr ayında Hindistanda aşkarlanıb.
“Delta” ştamı son zamanlar dünyanın bir çox ölkəsinə yayılıb. Həkimlərin sözlərinə görə, Hindistanda koronavirus pandemiyasının ikinci dalğasına məhz bu ştam səbəb ola bilərdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:42 / 07.08.2021
106 yaşlı qadın koronavirusun “Delta” ştamından sağaldı
Hazırda oxunan: 106 yaşlı qadın koronavirusun “Delta” ştamından sağaldı
Hazırda oxunan: 106 yaşlı qadın koronavirusun “Delta” ştamından sağaldı
31613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.