Şah Pəhləvinin oğlu: "Mən respublikaçıyam, iranlılar öz talelərini özləri həll etməlidirlər"

Hazırda oxunan: Şah Pəhləvinin oğlu: "Mən respublikaçıyam, iranlılar öz talelərini özləri həll etməlidirlər"

31582

"ABŞ ordusu tərəfindən İranda hakimiyyəti devirmək fikrini dəstəkləmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Frans Press agentliyinə müsahibəsində sürgündə yaşayan və taxtın varisi sayılan devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.

Eyni zamanda, onun fikrincə, ABŞ İran müxalifəti ilə dialoqa başlamalıdır: “Biz Qərblə İslam Respublikası arasında dialoqun əleyhinə deyilik. Diplomatiya naminə əlaqələri qorumaq sizin üçün vacibdir”.

Rza Pəhləvi əlavə edib ki, İranda 2500 illik monarxiyanın bərpası onun prioritetlərinə daxil deyil. O, təbiətcə respublikaçı olduğunu vurğulayıb:

"Mübarizədə taxt-tac almağa ehtiyac olub-olmadıqlarını iranlılar özləri qərar verməlidir. Miras olaraq deyil, simvolik olaraq ...".

Pəhləvi İran müxalifətinin erkən konfransının keçiriləcəyinə ümid etdiyini söyləyib:

"Nəhayət, İran demokratik qüvvələrinin təsis məclisinin çağırılmasına qərar verilməlidir".

İran taxtının varisi Rəisinin 1988-ci ildə sol qüvvələrin qətliamında iştirak etdiyini vurğulayaraq, yeni İran prezidentini qanlı cinayətlərdə günahlandırıb.

Pəhləvi eyni zamanda Avropa Birliyinin rəsmi nümayəndəsinin Rəisinin inauqurasiyasında iştirakını “arxadan vurulan bıçaq” adlandırıb və bu addımın İslam Respublikasının yeni prezidentinin qanuniləşdirilməsi mənasına gəldiyini qeyd edib.

Xatırladaq ki, Rza Pəhləvi iranlı yazıçı, İran Milli Şurasının siyasi fəalı, keçmiş F-5 qırıcısı pilotudur.

Pəhləvilər sülaləsindən olan sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvinin böyük oğludur. 1979- cu ildə baş verən İran İslam İnqilabından sonra İranı tərk etmək məcburiyyətində qalıb. 2014-cü ilin noyabr ayında bütün İranı əhatə edən radio və televiziya şəbəkəsi qurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin