“Mənə qarşı təqiblər birbaşa Putinin əmridir” – Saakaşvilidən SƏRT ETİRAZ

Hazırda oxunan: “Mənə qarşı təqiblər birbaşa Putinin əmridir” – Saakaşvilidən SƏRT ETİRAZ

31497

"Mənə qarşı edilən bütün təqiblər Putinin birbaşa əmridir. Bunu hər kəs başa düşməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri sabiq prezident Mixeil Saakaşvili Rusiyanın bəyanatı ilə bağlı şəxsi Facebook səhifəsində etdiyi paylaşımı zamanı qeyd edib.

Saakaşvilinin sözlərinə görə, Rusiyanın bu kimi bəyanatları onun planlarını dəyişə bilməyəcək:

"Ruslar çox yaxşı bilirlər ki, Gürcüstan xalqının böyük əksəriyyəti mənim tərəfimdədir və Gürcüstana qayıtmağımı tələb edirlər. Onlar həmçinin, şantajın keçmişdə daha çox işə yaradığını və İvanişviliyə köməkçi rolu oynadığını yaxşı bilirlər.

Hər kəsə bildirmək istəyirəm ki, biz Rusiya da daxil olmaqla heç kimlə qarşıdurma istəmirik. Belə bəyanatlar isə gürcü xalqını seçimindən məhrum edə bilməz və üstəlik mənim planlarımı da dəyişə bilməz.

Onlar mənimlə əlaqəli olan Gürcüstanın sürətli inkişafı və uğurlarından daha çox qorxurlar, nəinki bir tək Saakaşvilidən. Gürcüstanda xaos, iğtişaşlar və gürcü xalqının yoxsulluq bataqlığında boğulması onlar üçün daha əlverişlidir. Biz Gürcüstanı azad etmək üçün sona qədər gedəcəyik və sonra bütün qonşularımızla münasibətləri mütləq həll edəcəyik", - deyə M. Saakaşvili bildirib.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov "Rusiya heç vaxt Saakaşvilinin cinayət rejimini Gürcüstan xalqı ilə eyniləşdirməyib" ifadəsini işlədib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin