CNN vaksin vurdurmayan 3 əməkdaşını işdən qovdu

Hazırda oxunan: CNN vaksin vurdurmayan 3 əməkdaşını işdən qovdu

31414

CNN telekanalının rəhbərliyi koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə müqaviləyə xitam verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Mənbə yazır ki, bu barədə telekanalın jurnalisti Oliver Darsi CNN-nin prezidenti Ceff Sukerə istinadən məlumat yayıb.

“Ötən həftə öyrəndik ki, üç işçimiz peyvənd edilmədən ofisə gəlib. Onların hər üçü işdən azad edildi. Bu mövzuda siyasətimizi sıfır tolerantlıq üzərində qurduğumuzu açıq şəkildə bəyan edirik”, - deyə CNN-nin prezidenti daxili yazışmada əməkdaşlarına xəbərdarlıq edərkən vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin