AĞ Partiya Türkiyədə "Hər şəhid üçün bir ağac əkək" kampaniyasına başladı

Hazırda oxunan: AĞ Partiya Türkiyədə "Hər şəhid üçün bir ağac əkək" kampaniyasına başladı

31340

 

AĞ Partiya Türkiyədə yaşanan meşə yanğınları ilə əlaqədar kampaniya başladıb. 

Bizim.Media xəbər verir ki, partiya başladılan kampaniya vasitəsi ilə 2-ci Qarabağ müharibəsində şəhid olmuş həmvətənlərimizin sayı qədər ağac əkərək, onların əziz xatirəsini əbədiləşdirmək istəyir. Bu məqsədlə ianələr qəbul edir.  

Partiyadan verilən açıqlamada deyilir:

"AĞ Partiya qardaş Türkiyədə baş verən yanğınların təbiətə, ekosistemə vurduğu zərərin fəsadlarının aradan qaldırılması məqsədi ilə Meşəçiliyin İnkişafı və Meşə Yanğınları ilə Mübarizə Xidmətlərinə Dəstək Vəqfi (OGEM-VAK) tərəfindən başladılmış kampaniyaya qoşulmaq məqsədi ilə İkinci Qarabağ müharibəsində şəhid olmuş əziz hərbçilərimizin xatirəsinin yaşadılması üçün onların sayı qədər ağac əkmək istəyir. Bu işdə dəyərləri həmvətənlərimizin dəstəyinə ehtiyacımız var. Əminik ki, bu mühüm işdə sizlər də öz üzərinizə düşəni edəcək, bizləri yalnız buraxmayacaqsınız. Zaman birlik zamanı. Zaman vətən üçün canından keçənlərin əziz xatirəsini yaşatmaq zamanıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin