Rusiya ABŞ-ın enerji bazarında ağalıq edir – Vaşinqton KİMİ ALDADIR?

Hazırda oxunan: Rusiya ABŞ-ın enerji bazarında ağalıq edir – Vaşinqton KİMİ ALDADIR?

31324

Rusiya əzəli rəqibi ABŞ-ın neft tədarükçüləri arasında gözlənilmədən 2-ci pilləyə yüksəlib.

Bizim.Media "ria.ru"ya istinadən xəbər verir ki, bu ilin may ayına olan göstəricilərə görə Rusiya Meksikanı geridə qoyaraq ABŞ-ın ikinci ən böyük enerji tədarükçüsünə çevrilib.

Yayımlanmış məlumatlar göstərir ki, ABŞ-ın Rusiyadan satınalmalarının həcmi hesabat dövründə bir anda on faiz artaraq gündə 840 min barrelə çatmışdır, bu nəticə ilə şimal qonşumuz yalnız Kanadadan geri qalır.
 

MÖVZU İLƏ BAĞLI:

Putindən Şimali Kipr XƏBƏRDARLIĞI – Rusiya nədən narahatdır?  


Rusiya isə qeyd olunan irəliləyişlə təkcə Meksikanı deyil, Səudiyyə Ərəbistanını da Birləşmiş Ştatlara neft ixrracında geridə qoymağı bacarıb.

Qeyd edək ki, Rusiya okeanın o tayına yalnız xammal şəklində neft yox, eyni zamanda yanacaq və sürtkü yağları da göndərir. Şimal qonşumuzun karbohidrogen tərkibli məhsullarının isə əsas alıcıları olan ABŞ şirkətlərinin əsas neft emalı zavodları da coğrafi olaraq məhz Rusiyaya yaxın ştatlarda yerləşir.  

Bəs, Rusiya ABŞ bazarını necə ələ keçirdi?

Rusiya ixracının bu qədər genişləndirməsinin əsas günahkarı məhz Birləşmiş Ştatların özüdür. Hələ 2015-ci ilin mart ayında Barak Obama Venesuelanı rəsmi olaraq "ABŞ milli təhlükəsizliyi üçün təhdid" adlandırdı və onu ölkənin ən yüksək postunda əvəz edən Tramp 2018-2019-cu illərdə Karakasa qarşı geniş məhdudlaşdırıcı tədbirlər tətbiq etdi.  Bunun nəticəsində, böyük itkilərə məruz qalan Karakas, Çinə tədarükünü dayandırdı və gündəlik 500 min barrel Venesuela neftinin əldən çıxması ABŞ -ın cənubunda neft emalı böhranına səbəb oldu. Neft qiymətləri bir neçə ay ərzində özünün beş illik rekordunu qırdı, lakin xammal çatışmazlığı problem yenə də öz həllini tapmadı. 

Daha sonra 2018 -ci ilin yayında Tramp Amerikası İranla nüvə sazişindən çıxaraq Tehranın neft sektoruna sanksiyalar tətbiq etdi. Sanksiyaların nəticəsində isə, İranın neft ixracı 3 dəfə azaldı (gündə 1,5 milyondan 500 min barrelə qədər). Rəsmi Vaşinqtonun qələbə kimi qeyd etdiyi bu vəziyyət isə Rusiya və Səudiyyə Ərəbistanının yolunu açdı.

ABŞ-ın ikiüzlülüyü

Lakin rus neftini ərəb neftindən fərqləndirən ən önəmli cəhət onun tərkibindəki kükürdün miqdarının xeyli yüksək olmasıdır. Məhz qeyd olunan cəhət şimal qonşumuzu rəqibləri qarşısında “avantajlı” duruma gətirib.

Bütün bunlara baxmayaraq isə Ağ Ev özü Rusiya məhsullarından imtina etməyərək, Kremlə qarşı sanksiyalarını artırmaqla öz müttəfiqlərini Moskvanın təsir dairəsindən qorumağa çalışır.

Hətta Vaşinqton Rusiya ilə enerji sahəsində əməkdaşlığını da günü-gündən inkişaf etdirir.

Belə ki, Rusiyanın əsas enerji şirkətlərindən olan “Mazut” istehsalda və daşınmalarda köhnə texnologiyalardan geniş şəkildə istifadə edir. Lakin rəsmi Moskva 2009-cu ildən Dənizlərin Mühafizəsi Konvensiyasına üzvdür. Bu səbəbdən də “Mazut” şirkətinin istehsalında ciddi azalma müşahidə olunub.  Lakin dünya xəritəsinin digər ucunda, öz biznesləri üçün xammala ehtiyacı olan Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı Avropadan tələb etdiyi şəkildə davranmaq yerinə, şimal qonşumuzun neft sənayesinə investisiyalar ayırmaqda maraqlıdır.

Bununla da, Rusiya neft və neft məhsulları istehsalını əvvəlki qaydada davam etdirərək, ABŞ-ın enerji tələbatını eyni minvalla ödəyə bilər.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin