Lukaşenko Belarusun bütün sərhədlərini bağlayır - SƏBƏB 

Hazırda oxunan: Lukaşenko Belarusun bütün sərhədlərini bağlayır - SƏBƏB 

31292

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin təhlükəsizlik rəsmilərinə bütün dövlət sərhədlərini bağlamağı tapşırıb. 

Bizim.Media “sputnik.by” saytına istinadən xəbər verir ki, Belarus prezidenti ölkənin güc strukturlarının rəhbərləri ilə görüşü zamanı bu əmri verib. 

"Bundan sonra, istər cənubdan, istər qərbdən, istərsə də digər tərəflərdən heç kəs Belarus ərazisinə addım atmamalıdır. Sərhəddin hər metrini bağlamalıyıq ki, Belarus xalqı özünü tam təhlükəsizlikdə hiss etsin",- deyə Lukaşenko bildirib. 

Belarus lideri görüş zamanı Litva sərhədçilərinin qaçqınlarla davranışlarını da tənqid edib. 

Lukaşenko Ukrayna ilə sərhəddəki vəziyyətlə bağlı da öz fikirlərini bildirib: 

“Rəsmi Kiyev hal-hazırda bizə doğma olan Ukrayna xalqının əleyhinə siyasət həyata keçirir. Ukrayna hökumətinin hazırki siyasətinin əsasını qarşıdurmaların yaradılması təşkil edir. Bu isə, bizim üçün əvvəllər olmadığı qədər böyük təhlükə yaradır”. 

Qeyd edək ki, Ukrayna avustun 3-də Belarusla sərhədlə hərbi təlimlər keçirib.

Eyni zamanda belaruslu qaçqınların da Litvaya köç etməsi son zamanlarda mütəmadi hal alıb. Bir sıra mütəxəssislərin fikrincə, Lukaşenkonun sərhədləri bağlamasının əsas səbəbi məhz Ukrayna və Litva ilə sərhəddə yaranmış vəziyyətdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin