Qərb Rusiyaya səsləndi: “Cənubi Osetiya və Abxaziyanı ölkə kimi tanımaqdan çəkinin”

Hazırda oxunan: Qərb Rusiyaya səsləndi: “Cənubi Osetiya və Abxaziyanı ölkə kimi tanımaqdan çəkinin”

31280

7 Qərb ölkəsi Rusiyanı Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqda verdiyi bəyanatı geri çəkməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Fransa, ABŞ, Böyük Britaniya, Norveç, İrlandiya, Estoniya və Albaniya tərəfindən hazırlanan müvafiq bəyanat 2008 -ci il hadisələrinin ildönümünə təsadüf edib.

"Bu gün bir daha Rusiya Federasiyasına silahlı qüvvələrini dərhal geri çəkməyə və Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasını ləğv etməyə çağırırıq”. RBK telekanalı bəyanatdan sitat gətirib.

Bu ölkələrin nümayəndələri Gürcüstanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğundan təəssüfləndiklərini bildiriblər.

Eyni zamanda, TASS agentliyinə görə, 2008-ci ildə Cənubi Osetiyadakı münaqişədə Rusiyanın hərəkətlərini qınayan ölkələr Rusiya Federasiyasının bölgədən çıxmasına necə nail olacaqlarına cavab verə bilməyiblər. 

Xatırladaq ki, Rusiya 2008 -ci ilin avqustunda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Bunun ardınca Cənubi Osetiyada silahlı qarşıdurma baş verib. 2008-ci il avqustun 8-nə keçən gecə Gürcüstan bölgəyə qoşun göndərib. Buna cavab olaraq o vaxt Rusiya prezidenti Dmitri Medvedev sülhməramlı əməliyyatın başladığını elan edib. Qarşıdurma beş gün davam edib. Rəsmi statistikaya görə, münaqişə zamanı Gürcüstan silahlı qüvvələrindən 170 nəfər ölüb və ya itkin düşüb, 2 minə yaxın insan yaralanıb. Rus ordusunun rəsmi itkiləri isə belə olub: 64 ölü, 291 yaralı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin