İraqda ABŞ-ın hərbi karvanına hücum oldu

Hazırda oxunan: İraqda ABŞ-ın hərbi karvanına hücum oldu

31225

ABŞ-ın İraqdakı hərbi hissəsinə məxsus avtomobil karvanı silahlı hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, İraqın Küveyt ilə sərhədində yerləşən Carşin bölgəsindən Bağdad istiqamətinə hərəkət edən avtomobil karvanı atəşə tutulub.

Silah-sursatla yüklü olan hərbi avtomobillərə ciddi ziyan dəyib.

Mətbuatda yer alan xəbərlərə görə, avtomobil karvanı ABŞ-ın Küveytdəki hərbi bazasından İraqdakı hərbçilər üçün silah-sursat daşıyıb. Bu bölgəyə İraq hökuməti tərəfindən nəzarət edilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin