İsrail hökuməti yenidən karantin xəbərdarlığı etdi

Hazırda oxunan: İsrail hökuməti yenidən karantin xəbərdarlığı etdi

31206

Koronavirusun Delta variantına yoluxanların artması ilə əlaqədar olaraq İsrail hökuməti xalqı karantin tədbirlərinin geri dönə biləcəyi bərdə xəbərdar edib.

Bizim.Media xəbər verir ki, dünyada peyvəndləmə nisbətinin ən yüksək olduğu ölkələrdən biri olan İsrail, koronavirusun Delta variantına yoluxanların artması ilə əlaqədar olaraq "evdən işləməyin və karantin tədbirlərinin" geri dönə biləcəyi xəbərdarlığını edib.

Əl ilə salamlaşmaq və qucaqlaşmaq mövzusunda xalqı xəbərdar edən hökumət, bağlı sahələrdə zəruri olmadıqda toplanmamağın lazım olduğunu bildirib.

Çinin paytaxtı Pekində də delta variantına yoluxanlar artır, İndoneziyada cəmi ölənlərin sayı 100 mini keçib.

Koronavirusun Delta ştammı bütün dünyada sürətlə yayılır.

İsrail Səhiyyə Nazirliyi peyvəndin təsirinin zaman ötdükcə gerilədiyini bildirib. İsrail Səhiyyə Nazirliyinin məlumatlarına görə, BioNTech peyvəndinin qoruyuculuq nisbəti 2 May-5 İyun dövründə 94% olaraq ölçüldüyü halda, 6 İyun ilə İyulun ilk həftəsi aralığında bu nisbət 64%-ə düşüb.

BioNTech peyvəndində normalda xəstəxanada yatmamaq ehtimalının 98% olduğu, delta variantında isə bu ehtimalın 93% olduğu açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin