Karantin qaydalarına etirazlar Berlində polislə toqquşma yaratdı.
Bizim.Media “EuroNews”- a istinadən xəbər verir ki, Berlinin mərkəzində sərt karantin qaydalarına görə etiraz aksiyası keçirilib.
Berlin polisi etirazçıları dağıtmaq üçün zor tətbiq edib. Belə ki, havanın soyuq olmasına baxmayaraq su şırnaqları ilə etirazçıları dağıtmağa çalışıblar.
Hüquqmühafizə orqanı əməkdaşlarının müraciətlərinə baxmayaq etirazçılar maskaları taxmaqdan imtina edib.
Bəzi aksiya iştirakçıları polislərə yanan fişənglər atıb.
Almaniyada etirazlar Bundestaqda epidemiyaya nəzarət etmək üçün hazırlanan qanun layihəsindən sonra başlayıb.
Qanunlarda məsafəni qorumaq, ictimai yerlərdə maska taxmaq, mağaza və restoranların bağlanması nəzərdə tutulur.
Bizim.Media