İsrailli arxeoloqlar Yəhudi çarlığına aid zəlzələnin baş verdiyi yeri tapıblar.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, arxeoloqların fikrincə aşkarlanan yer İncil kitabında təsvir olunan zəlzələnin baş verdiyi məkandır.
2800 il bundan qabaq baş verən zəlzələ haqqında xristianların müqəddəs kitabında qeyd olunur. Arxeoloqlar bildirib ki, əvvəlcə dağıntının qalıqlarını tapıblar və əmin olublar ki, həmin zəlzələ Qüdsdə də hiss olunub.
Parçalanmış saxsılar da tapılıb ki, tədqiqatçıların fikrincə bu qablar divarın aşması nəticəsində sınıblar.
Dağıntıların zəlzələyə aid olmasını təsdiqləyən digər fakt yanğın izlərinin olmamasıdır. Belə olan halda arxeoloji tapıntı eradan əvəl VIII əsrdə baş vermiş zəlzələyə aiddir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:39 / 04.08.2021
2800 il əvvəlki zəlzələnin yerini tapdılar
Hazırda oxunan: 2800 il əvvəlki zəlzələnin yerini tapdılar
Hazırda oxunan: 2800 il əvvəlki zəlzələnin yerini tapdılar
31171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.