Türkiyənin ən böyük şəhəri olan İstanbulun rəmzi olan Qız Qalası satışa çıxarılır. 2 min 500 illik abidəni 49 illiyinə icarəyə götürən "Hamoğlu Holding" geriyə qalan 38 illik istifadə haqqını satır.
Bir müddətdir alıcılarla görüşən, holdinq rəhbəri Ahmet Hamoğlunun xüsusilə əcnəbi sərmayəçilərə üstünlük verildiyi qeyd edilir. İddialara görə, o qala üçün 22 milyon avro ödəniş istəyir. İlk ciddi təklif isə fars körfəzi ölkələrindən birindən gəlib.
Lakin ərəb şirkəti Qız Qalasını şirkətin mərkəzi ofisi etmək istədiyi üçün görüşmələr sona çatdırılıb. Çünki, qalanı xalqın istifadəsinə qapadan layihələrə icazə verilmir. /anspress/.

- A-
- A
- A+
Dünya
11:38 / 25.07.2013
Qız Qalası satışa çıxarıldı
Hazırda oxunan: Qız Qalası satışa çıxarıldı
Hazırda oxunan: Qız Qalası satışa çıxarıldı
31167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































