"Qəzetin baş redaktoruna COVID-19-un mənşəyini araşdırmağımızı təklif etdim. Mənə koronavirusun mənşəyi haqqında məqalə yazmağın təhlükəli olduğunu söylədilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Spectatorworld.com” saytına açıqlama verən keçmiş “Times” işçisi deyib.
Belə ki, sözügedən mənbədə mətbuat orqanın keçmiş işçisinin etirafları dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
“The New York Times” Ağdam və Füzulinin müharibədən sonra xəsarət və dağıntıları haqqında yazdı - FOTO
Adını qeyd etməkdən imtina edən jurnalist araşdırmaya mane olan səbəbləri də açıqlamaqdan çəkinməyib:
“O vaxtlar panedmiyanın ilk dövrləri idi. Donald Tramp yenidən prezident seçilmək üçün mübarizə aparırdı və “Covid 19”-u “Çin virusu” adlandırırdı. Eyni zamanda dövlət katibi Mayk Pompeo da virusun Uhanda laboratoriya şəraitində hazırlandığına dair əhəmiyyətli dəlillərin olduğunu bildirdi.
Lakin dövlət rəsmilərinin bu çıxışlarına baxmayaraq “Times” araşdırma aparmağa isti yanaşmadı. Bunun isə iki əsas səbəbi ola bilər:
Mətbuat orqanının Donald Trampa olan nifrəti, ya da Çindən gələn pullar. Belə ki, Çindən gələn vəsait qəzetin mühüm gəlir mənbələrini təşkil edirdi. Eyni zamanda 2019-cu ildə “Times”ın Pekindən gələn gəlirləri federal orqanlara açıqlamadığı da üzə çıxmışdı”.
Jurnalist həmçinin “New York Times”ın dövlətçilik maraqlarını öz maddi maraqlarına qurban verdiyini də qeyd edib.
Məsələyə münasibət bildirən “Times”ın sözcüsü isə, sadalanan fikirləri gülünc adlandırmaqla kifayətlənib.
Qeyd edək ki, koronavirusun mənşəyi ilə bağlı Çin və ABŞ arasındakı ittihamlar bu günə kimi davam etməkdədir.
Murad Əhmədov, Bizim.Media