Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib.
Bizim.Media-nın "Aravot" portalına istinadən verdiyi xəbərə görə, Tonoyanın Qarabağ döyüşlərindəki məğlubiyyət səbəbindən istefa verdiyi bildirilir.
Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi Qarabağdakı hərbi əməliyyatların nəticəsinə görə kəskin tənqid olunurdu.
Ermənistan Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, hakimiyyət bu vəzifəyə Nikol Paşinyanın müşaviri, Müdafiə İdarəsinin rəisi Vaqarşak Arutyunyanı təyin etmək istəyir.
Qeyd edək ki, V.Arutyunyan1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.
Bizim.Media