ABŞ kəşfiyyatının PLANLARI və “The Economist” hansı mesajları ötürür? –PƏRDƏARXSI - FOTO

Hazırda oxunan: ABŞ kəşfiyyatının PLANLARI və “The Economist” hansı mesajları ötürür? –PƏRDƏARXSI - FOTO

31135

Həftəlik jurnal olan “The Economist” ildə bir dəfə üz qabığı paylaşır və həmin təsvirdə gələn il baş verəcək hadisələr göstərilir. Həftəliyin Rotşildlərə məxsus olduğu üçün çox adam bunu illik plan kimi də dəyərləndirir.

Bizim.Media xəbər verir ki, gələcək hamıya maraqlıdır. Ona görə də dərginin 2021-ci il üçün paylaşdığı üzqabığını ekspertlərin yanaşması ilə təhlil etmək olar. 

Qara fon gələcəyin şəffaf və aydın olmayacağı, 2021-ci il üçün planları baş verən hadisələrə uyğun dəyişməyin zəruruliyindən xəbər verir. Oyun maşının mənası odur ki, bu üsulla gələcək üçün planlar qurmağa ehtiyac yoxdur, çünki sizin yerinizə oynayacalar. Oyunu işə salan qulpun başında yer kürəsi təsvir olunub. Bu isə o deməkdior ki, pul qoyuluşları, uduş gözləntiləri çoxdur deyə 2021-ci ilin hadisələri dünyanın hər yerini əhatə edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ kəşfiyyatı Rusiyanın gizli silahını ələ keçirdi


Oyun aparatının xəbərdarlıqları

Cihazda 4 cərgənin olduğu göstərilir və ikinci slot artıq dayanıb. Digərləri isə hərəkətdədir. Birinci slotun mənası odur ki, 2021-ci ilin əvvəli koronavuirus, maska rejimi və vaksinasiya ilə yadda qalacaq.

İkinci cərgə barədə bəhs etməzdən əvvəl 3-cü slota keçərək demək olar ki, söhbət dollardan gedir. Dünyanın əsas valyutası ilə bağlı nəsə baş verəcək. Həmin slotda külək enerjisi alan qurğu və Çin bayrağı var.

Yəqin ki, Çin alternativ enerjilərə keçid edəcək. Neft və qaza olan tələbat isə enəcək. Həmin cərgədə içşarələrin hərəkət etməsi, çin bayrağının isə aşağıda verilməsi Pekinin bütün təzyiqlərə davamlı olacağına dəlalət edir. Elə dördüncü sliotdakı artım cədvəli də Çinə aiddir.

Amma bunu 2021-ci ilin 4-cü rübündə dünya iqtisadiyyatının inkişafı kimi yozanlar da var. Hər halda Çinin inkişafı daha inandırıcı görünür. 

Həmin cərgədə diqqət çəkən digər işarə yanan ağacdır. Bu isə meşə yanğınlarına işarədir və Azərbaycan FHN əməkdaşlarının da söndürməyə çalışdığı Türkiyə yanğınları buna örnəkdir.

Oyun aparatındakı 4-cü slot ilin sonu deməkdir və bu o anlama gəlir ki, ilin axırına kimi bütün meşə yanğınları sönəcək. 
 

Sonuncu cərgədəki vebkamera şəkili isə o deməkdir ki, bu il insanlar normal həyatlarına qayıtmayacaqlar. Söhbət distant iş, təhsil və virtual, onlayn görüşlərdən gedir. COVİD işarəsinin slotun ən axırına salınması ilin sonunda koronavirusun daha böyük problemə çevriləcəyinə eyhamdır. 


ABŞ parçalanacaq?

Rotşildin oyun aparatının ikinci slotunu sona saxlamaqda məqsəd həmin cərgənin hərəkətdə olmaması və orada təsvir olunan işarələrdir. Mənası Amerikanın seçkilərə görə iki oxşar fikirli düşərgəyə bölünməsi, yaxud Baydenin hakimiyyəti dövründə ABŞ-ın ştatlara, ayrı-ayrı dövlətlərə parşalanması kimi qəbul olunur.

Həm də parçalanmış Amerika bayrağının sol hissəsinin nisbətən böyük olmasına gəlincə, məlumdur ki, demokratlar solçu, respubikaçılar isə sağçıdır. Baydenin şəkli isə onun prezident olacağına işarədir. Xatırladaq ki, jurnal 2020-ci ilin dekabrında çıxıb. Bayden isə 2021-ci ilin 20 yanvar tarixindən prezident vəzifəsini icra edir. 

İkinci cərgədə yuxarıda atom bombasının təsviri var. Bunu isə mütəxəssislər Baydenin Amerikanı İranın nüvə proqramı razılaşmasına qaytaracaq. Hazırda baş verən hadisələrin gedişatı da bunu təsdiqləyir. Lakin çox az mütəxəssislər bu atom bombasının Şimali Koreya, yaxud Çinə atılacağını da iddia edir. 

Ən aşağıda isə “TikTok” işarəsinin olması bunun yaxında dəbdən düşən trendə çevriləcəyinin anonsudur. 

Aparatın idarəetməsindəki gizlinlər...

Soldan aşağıda “BET” (təklif) pul qoyluşu var ki, fon yaşıl, hərflər isə sarı rəngdədir. Mənası isə odur ki, pul qoyuluşları mümkün, amma risklidir. Yəni, istənilən investisiya fəaliyyəti böyük risk tələb edir.

Sağdan aşağıda “CASH OUT” (pulu çıxartmaq ) bölməsində fon sarı, hərflər isə yaşıldır. Yəni sərmayə kimi burada da risk amili var. Belə ki, səhmləri satmaq mümkündür, qazancları nağdlaşdırmaq olar, lakin bəzi pullar, valyutalar təhlükə altındadır. Söhbət onların gələcək məzənnəsindən gedir. 
 

Ön panelin rəngləri qədim yapon bayrağını xatırladır. Sağdan yuxarıda qəpik və jetonlar üçün dəlik var. Sadə adı “İnset coins here”, yaxud “Coins” olmalıdır. Lakin bu aparatdakı yazı “İNSERT STİMULUS FUNDS”dur. Bu isə “stimmulaşdırıcı vəsaitləri daxil edin” deməkdir. Bu isə 2021-ci ildə Yaponiya iqtisadiyyatının ciddi dəstəyə ehtiyac duyacağına işarədir.


Tokio iqtisadiyyatı əslində güclüdür, amma borcu da hədsiz çoxdur. 

Jurnalın öngörmələri əsasən şəkil formasında şifrələnib. Buna görə mətn formasında həll edilməli olan problemlərin anonsları sağdadır. İkinci hissədə gəlirlərə zəmanət məsələsi yer alıb ki, bu da dünyanın hələ qazanc şousunun davam etdiyinin təsdiqidir. Yəni, 2021-ci ildə dünyanın sonu olmayacaq.

Tapmacalar üzərində baş sındırmaq istəyənlərə “The Economist”in 2021-ci il kalendar, təqvimini də təqdim edirik:

Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin