Müdafiə nazirinin evi yaxınlığında atışma: ölənlər və yaralılar var

Hazırda oxunan: Müdafiə nazirinin evi yaxınlığında atışma: ölənlər və yaralılar var

31093

Əfqanıstanın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Bismillah Məhəmmədinin evinin yaxınlığında avtomobilin partladılması və bunun ardınca təhlükəsizlik qüvvələri ilə hücumçular arasında baş verən qarşıdurmalar nəticəsində azı 4 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Agence France Presse” agentliyi Əfqanıstan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr maşının kamikadze tərəfindən idarə edildiyini bildiriblər.

“TOLOnews” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib ki, nazirin evinə hücum təxminən 4 saat sonra başa çatıb. İlkin məlumata görə, silahlı hücumda 4 nəfər iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin