Avqustun 4-də Yaponiyanın şimal-şərq sahillərində 5,8-5,1 bal gücündə silsilə zəlzələlər baş verib.
Bizim.Media Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yerli vaxtla səhər saat 4:33 dəqiqədə baş verən 5,8 bal gücündə ilk zəlzələdən müəyyən qədər sonra 5,2-5,1-5,2 bal gücündə daha üç yeraltı təkan qeydə alınıb.
Bildirilir ki, ən güclü yeraltı təkanın episentri Hönşü adasındakı Hasaki yaşayış məntəqəsindən 120 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:37 / 04.08.2021
Yaponiyada silsilə zəlzələlər: Sunami xəbərdarlığı verilməyib
Hazırda oxunan: Yaponiyada silsilə zəlzələlər: Sunami xəbərdarlığı verilməyib
Hazırda oxunan: Yaponiyada silsilə zəlzələlər: Sunami xəbərdarlığı verilməyib
31090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.