Ermənistanın yunan-Roma güləşçisi Artur Aleksanyan Tokio-2020 Yay Olimpiya Oyunlarında mükafatlandırılma mərasimində gümüş medalı boynuna asmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, buna 30 yaşlı idmançının finalda Musa Yevloyevə uduzması səbəb olub.
Məğlubiyyəti həzm edə bilməyən güləşçi hakimlərin qərarına etiraz edib.
MÖVZU İLƏ BAĞLI:
Tokio-2020: Azərbaycanlı güləşçi ermənini uddu - Bürünc medal aldı – YENİLƏNİB - VİDEO
Aleksanyan miks-zonada isə "Medal qazanmaq üçün rusiyalı olmaq lazımdır" deyib.
Qeyd edək ki, bu, Tokio olimpiadasında erməni idmançılarla bağlı ikinci insidentdir. Daha əvvəl Gürcüstanı təmsil edən nüvə itələyən Benik Abramyanda dopinq aşkarlanıb. İdmançı bu səbəbdən yarışa buraxılmayıb.
Bizim.Media