Fransada islamın təbliği ilə bağlı qanunlar sərtləşdirilir

Hazırda oxunan: Fransada islamın təbliği ilə bağlı qanunlar sərtləşdirilir

3102

Fransa Prezidenti Emmanuel Makron Fransa Müsəlman İnancı Şurasına 15 gün ərzində İslam ekstremizminin qarşısını almaq çərçivəsində hökumət tərəfindən xüsusi olaraq hazırlanan dinin dövlətdən və məktəbdən ciddi şəkildə ayrılması da daxil olmaqla respublika dəyərləri xartiyasını qəbul etməyi təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, artıq Fransadakı müsəlman liderlərinin üzvləri İslam dəyərlərini təbliğ etmək üçün rəsmi akkreditasiyadan keçəcək İmamlar Şurasının yaradılması barədə razılığa gəliblər.

Akkreditasiya şərtlərini pozan İmamlar Şurasının üzvlərinin qeydiyyatı ləğv edilə bilər.

Nizamnamədə qeyd olunur ki, İslam dindir, siyasi hərəkat deyil.

Həmçinin müsəlman icmalarının fəaliyyətinə xarici müdaxilənin qadağan olması da vurğulanır.

Artıq bu məqsədlə Yelisey sarayında Fransa Prezidenti E.Makron, bu ölkənin Daxili İşlər Naziri Jerald Darmanen və Fransa Müsəlman İnancı Şurasının səkkiz üzvü arasında görüş baş tutub.

Məhz bu iclasda Milli İmamlar Şurasının təsis edilməsi barədə razılıq əldə olunub.

İclasda Fransa prezidenti evdə dini təhsilə məhdudiyyətlərin qoyulacağını və dini səbəblər adı altında dövlət məmurlarını qorxudanlara qarşı sərt cəzalar tətbiq olunacağını vurğulayıb.

Fransanın “Le Figaro” qəzetinə müsahibə verən Fransanın Daxili İşlər Naziri J.Darmanen İslam dinin təbliğatı ilə əlaqədar yeni qanun layihəsini şərh edərkən bildirib ki, Fransa vətəndaşları uşaqlarını islamçıların məngənəsindən qorumalıdırlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin