Qarpız sağlamlıq üçün zərərlidir? – Mütəxəssisdən İDDİA

Hazırda oxunan: Qarpız sağlamlıq üçün zərərlidir? – Mütəxəssisdən İDDİA

30996

Rusiyalı mütəxəssis Sergey Sokolov qarpızın tərkibindəki nitratların sağlamlıq üçün yaratdığı təhlükələrdən danışıb. 

Bizim.Media “izvestiya.ru”ya istinadən xəbər verir ki, mütəxəssis məsələ ilə bağlı verdiyi açıqlamada bostan bitkisinin tərkibindəki nitratların insan sağlamlığına vurduğu zərərlərin şişirdildiyini bildirib.

Sokolov tam yetişmiş qarpızın tərkibindəki nitratların sağlamlığa heç bir zərər vurmadığını bəyan edib:

“Nitratlar böyümə vitaminləri olaraq qarpız yetişdirilməsində istifadə olunur. Əgər qarpız tam yetişibsə, heç bir təhlükə ola bilməz. Lakin kal şəkildə istehlak edilərsə, zərərlər qaçılmazdır”.

Buna baxmayaraq, rusiyalı mütəxəssis bostan bitkilərinin “ağır” qidalar olduğunu bildirərək, normadan artıq yeyildiyi təqdirdə mədəyə ciddi zərər vurduğunu da xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin