Kim Çen Inın bacısı cənublu qardaşlarını hədələdi

Hazırda oxunan: Kim Çen Inın bacısı cənublu qardaşlarını hədələdi

30948

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ ilə birgə hərbi planını həyata keçiriləcəyi təqdirdə Koreya yarımadasında gərginliyi artıracağı barədə Cənubi Koreyaya xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “wionews” nəşri yayıb.

Mənbə yazır ki, Vaşinqton və Seul avqustun sonunda hərbi təlimlər keçirməyi planlaşdırır. Kim Yo Çjon Cənubi Koreyanın hərəkətlərini “aqressiv” adlandırıb.

“Hökumətimiz və ordumuz Cənubi Koreyalıların təcavüzkar hərbi təlimlərinə davam edib-etməyəcəklərini, yaxud vacib qərar vermələrini yaxından izləyəcək. Ümid yoxsa ümidsizlik? Bu, bizim işimiz deyil”, - deyə Kim Yo Çjon bildirib.

Qeyd edək ki, bundan əvvəl Şimali və Cənubi Koreya ölkələri münasibətləri bərpa etmək üçün sammit keçirmək məsələlərini müzakirə etmişdilər.

İki lider əlaqələrini yenidən bərpasının yollarını araşdırıb və bu prosesdə ilk addım olaraq kəsilmiş qaynar xətlərin yenidən bərpası barədə razılığa gəliblər. Ancaq bazar günü Kim Yo Çjon deyib ki, Şimali və Cənubi Koreya arasındakı əlaqələrə yalnız “fiziki əlaqələr” kimi baxılmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin