Türkiyə üçün acı xəbər – Avropadan FƏLAKƏT yaxınlaşır

Hazırda oxunan: Türkiyə üçün acı xəbər – Avropadan FƏLAKƏT yaxınlaşır

30877

Sinoptiklər Aralıq dənizi ölkələrində son illərin ən isti hava şəraitinin hakim olacağını proqnozlaşdırırlar.

Bizim.Media “haber global”a istinadən xəbər verir ki, xüsusilə də, Avropa sahillərində istiliyin rekord həddə çatacağı güman olunur.

Mənbədə deyilir ki, Yunanıstan və İtaliyada avqust ayında havanın temperaturunun 44 dərəcə civarında olacağı təxmin edilir. Türkiyədə isə temperaturun 40 dərəcədən yüksək olacağı proqnozlaşdırılır.

Bu cür vəziyyət isə, davam edən yanğınların qarşısını almaqda böyük çətinliklər yaradacaq.

Eyni zamanda yüksək tempratur səbəbindən yeni yanğın ocaqlarının yaranması ehtimalları da heç də az deyil.

Qeyd edək ki, son dəfə Aralıq dənizi hövzəsində bu cür yüksək temperatura 1987-ci ilin yayında rast gəlinib. Həmin dövrdə anomal istilər səbəbindən 4 min insan dünyasını dəyişib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin