Avqustun 1-dən İsraildə 60 yaşdan yuxarı vətəndaşlara koronavirus peyvəndinin üçüncü dozasının vurulması başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.
MÖVZU İLƏ BAĞLI:
İsrail 6 milyonluq peyvəndi məhv edəcək
Ölkə rəsmilərinin bildirdiyinə görə, son zamanlarda yoluxma sayının kəskin artması ölkədə vaksinasiyanın 3-cü dozasnını vurulmasına ehtiyac yaradıb. Səhiyyə Nazirliyinin açıqladığı statistikaya görə, aprel ayından İsraildə ilk dəfə olaraq ağır vəziyyətdə olan xəstələrin sayı 200-ü keçdi.
Qərar İsrailin aparıcı tibb mütəxəssisləri ilə müzakirələrdən sonra verilib.
Cümə günü 60 yaşlı İsrail prezidenti İsaak Herzoqa və onun həyat yoldaşına üçüncü doza peyvənd vurulub. Proses İsrail telekanallarında yayımlanıb. Daha sonra İsrailin keçmiş baş naziri, müxalifət lideri Benyamin Netanyahuya da peyvənd olunub.
Bizim.Media