İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Türkiyədə baş verən meşə yanğınlarının qarşısını almaq məqsədilə İranın dəstək verməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat tvitter hesabında yazıb.
“Bu gün dost və qardaş ölkə Türkiyənin Azərbaycan Respublikasındakı səfiri qardaşım Cahit Bağcı ilə telefonla əlaqə saxlayıb kədərimi onunla, Türkiyə dövləti və xalqı ilə paylaşdım. Yanğının qarşısını almaq məqsədi ilə İranın Türkiyəyə dəstək verməyə hazır olduğunu bildirdim”, - S.A.Musəvi qeyd edib.
Bizim.Media
Bugün dost və qardaş ölkə Türkiyənin Azərbaycan respublikasındakı səfiri qardaşım Cahit Bağcı ilə telefonla əlaqə saxlayıb kədərimi onunla, Türkiyə dövləti və xalqı ilə paylaşaraq, bu yanğının qarşısını almaq məqsədi ilə İranın Türkiyəyə dəstək verməyə hazır olduğunu bildirdim. pic.twitter.com/sE0r1gjrWZ
— S.A. MOUSAVI (@SAMOUSAVI9) July 31, 2021