London küçələrini "Qız axtarıram" başlıqlı lövhəylə gəzən Adam Sanyo nəhayət özünə həyat yoldaşı tapdığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Mənbə yazır ki, Sanyo 2015-ci ildə uzun zaman görüşdüyü qızla ayrıldıqdan sonra Kembric şəhərinə köçüb. 26 yaşında o, həm Londonda, həm Kembricdə üzərində "Salam, tanımadığım qız, mənim adım Adamdır və mən özümə qız axtarıram" yazılan böyük lövhə ilə gəzib.
Bu eksperiment çərçivəsində Adam sosial şəbəkələrdə xüsusi heşteqlərlə video paylaşaraq kampaniya keçirib.
Hazırda 32 yaşı olan Sanyo 26 yaşlı Esterlə nişanlıdır. Lakin maraqlıdır ki, o, sevgilisiylə küçədə yox, 2017-ci ildə şənliklərin birində tanış olub, 2019-cu ildən isə onlar sevgili kimi görüşməyə başlayıblar. Karantin dövründə 10 ay birlikdə mübahisəsiz yaşayan cütlük oktyabrda evlənməyi düşünür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:09 / 31.07.2021
"Qız axtarıram" yazısıyla küçələri gəzən oğlan NİŞANLANDI - FOTO
Hazırda oxunan: "Qız axtarıram" yazısıyla küçələri gəzən oğlan NİŞANLANDI - FOTO
Hazırda oxunan: "Qız axtarıram" yazısıyla küçələri gəzən oğlan NİŞANLANDI - FOTO
30659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.