Akulalar insan ətini sevmirlər – Bəs hücumların SƏBƏBİ NƏDİR?

Hazırda oxunan: Akulalar insan ətini sevmirlər – Bəs hücumların SƏBƏBİ NƏDİR?

30513

Okeanların ən təhlükəli və amansız yırtıcısı olan akulaların insanlara hücum etməsinin başqa səbəbləri var. Bəziləri bunu maraqla da əlaqələndirirlər. Yəni, akulaların əli olmadığı üçün onlar insanlarla tanışlıq üçün dişlərini istifadə edirlər. Amma insan əti onların xoşuna gəlmir.

Bizim.Media xəbər verir ki, buna səbəb insan ətində kalorinin azlığı və yetərincə piyin olmamasıdır.

Lakin akulaların insan yeməyə davam etməsində başqa səbəb heyvanlarda olan özünümüdafiə instiktidir. 

Akulanın hücum etdiyi insan da özünü müdafiə etmək, həyatda qalmaq üçün dəniz yırtıcısına zərbələr endirir, qurtulmağa çalışır. Bu isə balığı daha da hiddətləndirir. Çünki akula da göz və başqa nahiyələrdən zədələnmiş olur. Alimlərin fikrincə, akulaya insan kimi təhlükəli şikarlar lazım deyil, yəni suda daha asan qurbanlar yetərincədir. Sadəcə güclü iybilmə və suyun altındakı görməsinə görə, akulalar naməlum canlılara hücum edə bilirlər. İnsandan gələn enerjini də hiss etdikləri üçün akulanı əşya, qaya, bitki adı ilə aldatmaq çətindir. 

Sonda qeyd edək ki, akulalar haqqında digər maraqlı fakt onların da avtomobil yollarındakı tıxac yaratmasıdır.

Belə ki, bəzi sualtı tünellərdə axşam satlarında şikar pusmaq üçün növbəyə düzülən akulalar olub. II Dünya savaşında Havay adaları yaxınlığında hərbi məqsədlərlə dənizdən kanal qazılmışdı ki, həmin kanaldan insnalar kimi dəniz sakinləri də istifadə etməyə başlayıb. Akulalar isə şikar növbəsində olublar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin